Gimnastlarımız Dünya Kubokunda 4 medal qazanıblar
13.05.2024 - 10:36
Akrobatika gimnastikası üzrə Azərbaycan millisi Bolqarıstanın Burqas şəhərində keçirilən Dünya Kubokunda uğurla çıxış edib.
Apasport.az xəbər verir ki, gimnastlarımız yarışda 4 medal qazanıblar. Belə ki, Ağasif Rəhimov və Raziyə Seyidli qarışıq cütlüyü, həmçinin Zəhra Rəşidova, Anahita Bashiri və Nəzrin Zeyniyevadan ibarət üçlük qızıl mükafat əlcə ediblər.
Murad Rəfiyev və Daniel Abbasovdan ibarət cütlük, Riad Səfərov, eləcə də Abdulla Əl-Məşayxi, Seymur Cəfərov və Seyidli Rəsul ibarət kvartet isə Dünya Kubokunda 2-ci pilləni tutublar.
- Gəncədə Aerobika gimnastikası üzrə qitə birinciliyi davam edir - FOTO
- Gəncədə Avropa çempionatının açılış mərasimi keçirilib
- Bədii gimnastika üzrə XXX Bakı çempionatı keçiriləcək
- Gəncədə aerobika gimnastikası üzrə Avropa çempionatı davam edir
- Gəncədə Aerobika gimnastikası üzrə Avropa çempionatının açılış mərasimi keçirilib
0
0