Gimnastlarımızdan Dünya kubokunda qızıl medal
29.06.2026 - 14:22
Çinin Nankin şəhərində aerobika gimnastikası üzrə Dünya kuboku keçirilib.
Apasport.az xəbər verir ki, yarışda ölkəmizi fərdi proqramda Sara Əlixanlı, qarışıq cütlük proqramında isə Mədinə Mustafayeva və Vladimir Dolmatov təmsil ediblər.
Təsnifat mərhələsinin nəticələrinə əsasən, Sara Əlixanlı 17.900 xal, Mədinə Mustafayeva və Vladimir Dolmatov isə 18.600 xal toplayaraq final mərhələsinə vəsiqə qazanıblar.
Finalda qarışıq cütlüyümüz 19.100 xalla rəqiblərini geridə qoyaraq qızıl medalın sahibi olublar. Sara Əlixanlı isə 18.050 xalla 6-cı yerdə qərarlaşıb.
- Azərbaycan gimnastları IV Avropa Oyunlarına lisenziya qazanıblar
- Bakıda gimnastika üzrə qaliblər bəlli olub
- Akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan çempionatı keçirilib
- Bədii gimnastika üzrə ölkə çempionatına yekun vurulub - FOTO
- Akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatı keçiriləcək
0
0