Azərbaycanı Bəhreyn Krallığının paytaxtı Manamada keçiriləcək Gimnaziadada təmsil edəcək bədii gimnastika, həmçinin qadın gimnastikası üzrə yarışlarda təmsil edəcək idmançılar müəyyənləşib.
Apasport.az xəbər verir ki, bədii gimnastlar Şəms Ağahüseynova və Sofiya Məmmədovaya məşqçilər Ruslan Eyvazov və Daria Lehka rəhbərlik edəcəklər.
Qadın idman gimnastikası üzrə isə Aytən Məmmədova, Dəniz Əliyeva və Xədicə Abbaszadə məşqçi Olqa Barkalavanın rəhbərliyi altında yarışlara qatılacaq.
Hakim kimi is Kristina Pravdina iş başında olacaq.
Qeyd edək ki, bu gün startı veriləcək Gimnaziada oktyabrın 30-na qədər davam edəcək.
- Akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatı keçiriləcək
- Azərbaycan komandası Avropa festivalında qızıl medal qazanıb
- Azərbaycan gimnastları SCALABISCUP beynəlxalq turnirini 12 medalla başa vurublar
- Azərbaycan komandası "European Gym for Life Challenge" festivalında birinci olub
- Gimnastlarımızdan Dünya kubokunda qızıl medal