Paris-2024: Gimnastımız çıxışını başa vurub - YENİLƏNİB
08.08.2024 - 19:45
Paris-2024: Gimnastımız çıxışını başa vurub - YENİLƏNİB

Yay Olimpiya Oyunlarında bədii gimnastika yarışları davam edir.

Apasport.az xəbər verir ki, təmsilçimiz Zöhrə Ağamirova Parisdə dördüncü dəfə çıxış nümayiş etdirib.

Gimnastımız bu dəfə gürzlə bacarıqlarını nümayiş etdirib. Ümumilikdə 117 850 xal toplayan idmançımız sonda 19-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, dörd hərəkətin yekununda ilk 10 yeri tutan gimnast sabahkı finala vəsiqə qazanacaq.

***

17:49

Fransanın paytaxtında keçirilən Yay Olimpiya Oyunları davam edir.

Apasport.az xəbər verir ki, təmsilçimiz növbəti dəfə xalça üzərinə çıxıb.

Gimnastımız bu dəfə lentlə hərəkətlər nümayiş etdirib. Onun bu dəfəki çıxışı 28.400 xalla qiymətləndirilib. Aktivində ümumilikdə 91.100 xalı olan idmançımız hazırda 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, dörd hərəkətin yekununda ilk 10 yeri tutan gimnast sabahkı finala vəsiqə qazanacaq.

***

14:43

Paris Yay Olimpiya oyunlarında bədii gimnastika yarışları davam edir.

Apasport.az xəbər verir ki, təmsilçimiz Zöhrə Ağamirova növbəti çıxışını uğurla başa vurub.

Gimnastımız halqa ilə bacarığını nümayiş etdirib. Onun çıxışı 32,500 xalla qiymətləndirilib. İki hərəkətdən sonra o, xallarını 62,700-ə çatdırıb. O, hələ ki 5-ci sırada qərarlaşıb. 

Qeyd edək ki, dörd hərəkətin yekununda ilk 10 yeri tutan gimnast sabahkı finala vəsiqə qazanacaq.

***

12:51

Paris Yay Olimpiya oyunlarında bədii gimnastika yarışları keçirilir. 

Apasport.az xəbər verir ki, təmsilçimiz Zöhrə Ağamirova da mübarizəyə qoşulub.

O, topla çıxış edib və 30,200 xal toplayıb. 

Ağamirova halqa, lent və gürzlə də bacarığını göstərməyə çalışacaq. O, hələlik 7-ci sıradadır.

0