Qəbələdə bədii gimnastika üzrə turnir keçiriləcək
15.09.2025 - 16:36
Qəbələdə bədii gimnastika üzrə turnir keçiriləcək

Qəbələdə bədii gimnastika üzrə "Grace of Nature" turniri keçiriləcək. 

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yarış 24-26 oktyabr aralığında baş tutacaq. 

Gimnastlar kiçiklər, balacalar, yeniyetmələr və gənclər yaş kateqoriyasında çıxış edəcəklər. Fərdi yarışlarda çoxnövçülük və alətlər üzrə proqramlar, qrup hərəkətlərində isə alətlərlə çıxışlar təqdim olunacaq.