Qrup komandası 3-cü bürünc medala sahib çıxdı
21.04.2024 - 19:47
Qrup komandası 3-cü bürünc medala sahib çıxdı

Azərbaycanın qrup hərəkətləri komandası Bakıda keçirilən Dünya kubokunda 3-cü medalı qazanıb.

Apasport.az xəbər verir ki, gimnastlarımız növbəti dəfə bürüncə sahib çıxıb.

Zeynəb Hümmətova, Güllü Ağalarova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina və Ləman Əlimuradovadan ibarət komandamız 3 lent və 2 topla daha bir finalda çıxış zamanı 30,200 bal toplayıb. Yığmamız Yaponiya (33,350) və İspaniyadan (33,150) geri qalıb.

Azərbaycan yığmasının lideri Zöhrə Ağamirova lentlə çıxışını başa vurub. O, 30,600 balla 6-cı olub. Bu proqramda qızıl medalı Darya Varfolomeyeva (Almaniya, 33,400) qazanıb. Növbəti yerləri Elvira Krasnobayeva (Bolqarıstan, 33,350) və Taisiya Onofriyçik (Ukrayna, 33,20) tutublar.

Qeyd edək ki, Azərbaycanın qrup komandası çoxnövçülük və 5 halqa ilə çıxışda bürünc əldə edib.

0