Təmsilçilərimiz Bolqarıstana yollanıb
09.05.2025 - 18:27
İdman gimnastikası üzrə Azərbaycan yığması Bolqarıstana yollanıb.
Apasport.az xəbər verir ki, həftəsonu Varna şəhərində "Challenge" seriyalı Dünya kuboku keçiriləcək.
Yarışda Mənsum Səfərov və Dəniz Əliyeva çıxış edəcəklər.
Səfərov sərbəst hərəkətlər və turnikdə çıxış edəcək, Əliyeva isə hər dörd növdə - sərbəst hərəkətlər, dəstəli at, dayaqla tullanma və müxtəlif hündürlüklü qollarda mübarizə aparacaq.
- Akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatı keçiriləcək
- Azərbaycan komandası Avropa festivalında qızıl medal qazanıb
- Azərbaycan gimnastları SCALABISCUP beynəlxalq turnirini 12 medalla başa vurublar
- Azərbaycan komandası "European Gym for Life Challenge" festivalında birinci olub
- Gimnastlarımızdan Dünya kubokunda qızıl medal
0
0