Azərbaycan gimnastı Nikita Simonov Bakıda keçirilən Dünya kubokunun qalibi olub.
Apasport.az xəbər verir ki, o, finalda halqalarla hərəkətdə uğurla çıxış edib.
Təsnifat mərhələsində birinci yeri tutan Avropa çempionatının gümüş mükafatçısı finalda da ən yüksək xalı toplayıb. O, 14,233 xal toplayıb və çempion titulunu qazanıb.
Bu, Simonovun cari mövsümdə ikinci mükafatıdır. Bundan əvvəl o, Almaniyanın Kottbus şəhərində keçirilən Dünya kubokunda gümüş medal qazanıb.
Bakıdakı Dünya kubokunda halqalarla hərəkətlərdə digər mükafatçılara gəlincə, Jivey Menq (Çin) gümüş, Aleksandr Diab (ABŞ) isə bürünc medal qazanıblar.
- Azərbaycan komandası "European Gym for Life Challenge" festivalında birinci olub
- Gimnastlarımızdan Dünya kubokunda qızıl medal
- Bu gün batut və tamblinq üzrə ölkə çempionatı start götürəcək
- Azərbaycan gimnastları Dünya Kuboku və AGF Trophy yarışlarında üç qızıl medal qazanıblar
- Azərbaycanın akrobatika gimnastları Bakıda keçirilən Dünya Kubokunun qalibi olublar