Tofiq Əliyev yenidən beynəlxalq gimnastika liqasının qalibi olub - VİDEO
06.12.2025 - 23:45
Tofiq Əliyev yenidən beynəlxalq gimnastika liqasının qalibi olub - VİDEO

Danimarkanın Herninq şəhərində keçirilən “FaceOFF” adlı beynəlxalq liqada tamblinq üzrə gimnastımız Tofiq Əliyev iştirak edib.

Apasport.az xəbər verir ki, o, bu yarışın qalibi adını qazanıb.

Tamblinq üzrə Dünya çempionatının komanda hesabında qalibi və Dünya Oyunlarının gümüş mükafatçısı olan Tofiq Əliyev ötənilki titulunu qorumağı bacarıb.

Gimnastımız yarışı izləyən 10.000 tamaşaçını öz çıxışı ilə heyran qoyub.