Mayın 9-dan 12-dək Türkiyənin İstanbul şəhərində güləş üzrə Dünya Olimpiya Təsnifat turniri keçiriləcək.
Apasport.az xəbər verir ki, “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan son yarışda Azərbaycanı 9 güləşçi təmsil edəcək.
Yunan-Roma güləşçiləri turnirin ilk günlərində mübarizə aparacaqlar. Murad Məmmədov (60 kiloqram), Rafiq Hüseynov (87 kiloqram), Murad Əhmədiyev (97 kiloqram) və Sabah Şəriəti (130 kiloqram) Olimpiya lisenziyası qazanmağa çalışacaqlar.
Qadın güləşçilərin yarışında isə Mariya Stadnik (50 kiloqram), Gültəkin Şirinova (53 kiloqram), Alyona Kolesnik (57 kiloqram), Ruzanna Məmmədova (62 kiloqram) və Elis Manolova (68 kiloqram) ölkəmizi təmsil edəcəklər.
I-S kateqoriyalı hakim Asif Şirəliyev turnirdə ədaləti qoruyacaq.
Hər çəkidə ilk 3 yeri tutan (yarımfinalda və bürünc medalçılar arasında keçirilən görüşdə qalib gələnlər) güləşçilər Olimpiadaya vəsiqə qazanacaqlar.
Xatırladaq ki, Azərbaycan güləşçiləri indiyədək 8 lisenziyanın sahibidir. Sərbəst güləşdə bütün çəkilərdə (57, 65, 74, 86, 97 və 125 kiloqram), yunan-Roma güləşində isə 67 və 77 kiloqramda “Paris-2024”ə lisenziya qazanılıb.
- Millimiz dünya çempionatına Bakıda hazırlaşır
- Bakı Güləş Məktəbinə 47 şagird qəbul olunub
- Qadın güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsrət Məmmədyarov vəfat edib
- Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib
- Çimərlik güləşi: Millimizin heyəti bəlli oldu