Günay Qurbanova dünya çempionatının finalında
15.10.2026 - 10:47
Azərbaycanın qadın güləşçisi Günay Qurbanova U-23 dünya çempionatının finalına vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, 59 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda argentinalı Kamila Amarilla ilə qarşılaşıb.
Qurbanova rəqibini məğlub edərək qızıl medal uğrunda görüşə vəsiqə əldə edib.
Qeyd edək ki, o, oktyabrın 16-da keçiriləcək finalda Ukrayna təmsilçisi Alina Filipoviçlə üz-üzə gələcək.
- Elmir Əliyev U-23 dünya çempionatında finala vəsiqə qazanıb
- Güləşçilərimiz Rusiyada çempion olub
- Azərbaycan güləşçiləri veteranlar arasında dünya çempionatında 3 gümüş medal qazanıblar
- Azərbaycanın böyüklərdən ibarət sərbəst güləş millisi Qubada toplanışa başlayıb
- Millimizin dünya çempionatı üçün heyəti açıqlanıb
0
0