İki güləş hakimimiz beynəlxalq kateqoriyaya sahib çıxıb
06.05.2024 - 16:44

Azərbaycan güləş hakimliyi növbəti uğura imza atıb.
Rumıniyada keçirilən imtahanların yekunlarına əsasən, 2 milli dərəcəli hakimimiz beynəlxalq kateqoriyaya sahib çıxıb.
Samil Fəttayev və Elxan Həmidzadə III dərəcəli beynəlxalq hakim statusuna yiyələnib. Bununla da beynəlxalq kateqoriyalı hakimlərimizin sayı 25-ə çatıb.
Qeyd edək ki, I-S dərəcəli 2, I dərəcəli 10, II dərəcəli 6, III dərəcəli 7 güləş hakimimiz var.
- Yığma komandamız ABŞ millisi ilə təlim-məşq toplanışı keçəcək
- Millimizin baş məşqçisi: “Güləşimiz ilbəil inkişaf edir”
- Güləş Federasiyasının sabiq vitse-prezidenti vəfat edib
- Millimizin baş məşqçisi: “Hazırda güləşlə məşğul olan qızların sayı çoxdur”
- Yığmamızın baş məşqçisi: “Yaxşı çıxış edəcəyimizə inanıram”
0
0