Qadın güləşçilərimiz lisenziya üçün yarışacaqlar
10.05.2024 - 09:57
Qadın güləşçilərimiz lisenziya üçün yarışacaqlar

Bu gün Azərbaycanın qadın güləşçiləri Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində mübarizəyə başlayırlar.

Apasport.az xəbər verir ki, yığmanın 5 üzvü ikinci yarış günündə xalça üzərinə çıxacaq.

50 kq

1/8 final

Mariya Stadnik – Menq Hsieh (Çin Taypeyi) / Aintzane Qoni (İspaniya)

53 kq

Təsnifat mərhələsi

Gültəkin Şirinova – Laura Avila (Kuba)

57 kq

Təsnifat mərhələsi

Alyona Kolesnik – Ramona Qalambos (Macarıstan)

62 kq

Təsnifat mərhələsi

Ruzanna Məmmədova – Anastasiya Qriqoryeva (Latviya)

68 kq

Təsnifat mərhələsi

Elis Manolova – Nikol Parrado (Kolumbiya)

Hər çəkidə ilk 3 yeri tutan güləşçilər Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə əldə edəcəklər.

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşi millisinin 3 üzvü - Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) ilk yarış günündə lisenziyaya sahib çıxıblar.

0