Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasında (AKAF) avarçəkənlər üçün növbəti seminar təşkil edib.
Apasport.az xəbər verir ki, agentliyin mütəxəssisi idmançılara antidopinq qayda pozuntuları, dopinq nəzarəti prosesi, bu prosesdə idmançıların hüquq və öhdəlikləri, terapevtik istifadə üçün istisnalar, qadağan edilmiş maddələrdən istifadənin fəsadları haqda məlumat verib.
Eyni zamanda həmin maddələrin qəbuluna görə tətbiq olunan cəzalar, qadağan edilmiş siyahılar barədə yeniyetmə və gənc avarçəkənlər maarifləndirilib. İdmançılara antidopinq qaydalarına riayət etməyin önəmi, düzgün qərar qəbul etmək üçün lazım olan bilik və bacarıqlardan bəhs olunub.
- Beş azərbaycanlı yelkənçi Mərakeşdə keçiriləcək dünya çempionatına qatılacaq
- Avarçəkənlərimiz Dünya Kubokunda yarışacaq
- Tatyana Smilovenko Avropa çempionatında mübarizə aparacaq
- Tatyana Smilovenko Avropa çempionatında Azərbaycanı təmsil edəcək
- Avarçəkənlərimiz Uralsk reqatasını medallarla başa vurublar