Azərbaycan çempionatının tarixi bəlli oldu
23.11.2024 - 22:24
Noyabrın 28-də karate üzrə Azərbaycan çempionatına start veriləcək.
Apasport.az xəbər verir ki, yarış uşaq, yeniyetmə, gənclər arasında böyüklər və parakarateçilər arasında təşkil olunacaq.
Fövqaladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində təşkil olunacaq birincilik uşaq, yeniyetmə və gənclər arasında 29-cu dəfə keçiriləcək. Böyüklər və parakarateçilər isə 32-ci Azərbaycan çempionatında qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, çempionata dekabrın 1-də yekun vurulacaq.
- Azərbaycan Karate Federasiyası “Apasport”u mükafatlandırıb
- Karateçimiz Tbilisidə keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıb
- "Birlik" klubunun parakarateçiləri Azərbaycan çempionu olublar
- Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar
- Karateçilərimiz dünya çempionatında iştirak edir
0
0