Azərbaycan millisi Qahirəyə yollanıb
25.11.2025 - 16:18
Azərbaycan millisi Qahirəyə yollanıb

Karate üzrə Azərbaycan milli komandası dünya çempionatında iştirak etmək məqsədilə Misirin paytaxtı Qahirəyə yollanıb. 

Apasport.az xəbər verir ki, bu mötəbər çempionatda ölkəmizi 6 karateçimiz lisenziya əsasında təmsil edəcək.

Həmçinin Azərbaycan milli parakarate komandası da dünya çempionatında iştirak edəcək.