Dünya çempionatında 10 azərbaycanlı çıxış edəcək
24.04.2026 - 10:28
Azərbaycanın deflimpiyaçı karateçiləri Türkiyənin İstanbul şəhərində keçiriləcək Şotokan üzrə dünya çempionatında mübarizə aparacaqlar.
Apasport.az xəbər verir ki, 24–26 aprel tarixlərində baş tutacaq nüfuzlu beynəlxalq yarışda ölkəmizi 10 idmançı təmsil edəcək.
Heyətdə Hikmət Ağayev, Sahib Sahibli, Səma Tağıyeva, Aytən Qədriova, Maral Orucova, Əliəkbər Əlizadə, Elnur Qasımzadə, Nizaməddin Əzimzadə, Yusif Əzimzadə və Elmin Hüseynli yer alıblar.
- Karate1 Premyer Liqa: İrina Zaretskadan qızıl medal
- Azərbaycanın kyokuşin karate yığması Avropa çempionatında mübarizə aparacaq
- Azərbaycanın şito-ryu karate yığması Avropa çempionatında 8 medal qazanıb
- Parakarate Komitəsinin sədri WSF-nin vitse-prezidenti seçildi
- Karateçilərimiz Frankfurtdan Vətənə dönüblər
0
0