"VI İslam Həmrəyliyi Oyunlarında çempion olduğum üçün çox xoşbəxtəm".
Bu sözləri Apasport.az-ın yarışa ezam olunan əməkdaşına karate millimizin üzvü İrina Zaretska deyib.
Təmsilçimiz artıq 3-cü dəfədir ki, İslamiadanın qalibi olduğunu vurğulayıb:
“Karyeramda üçüncü dəfədir ki, İslam Oyunlarının qalibi oluram. Bizi dəstəkləyən hər kəsə dərin təşəkkürümü bildirirəm. Bu qələbə təkcə mənim deyil, həm də komanda əməyinin nəticəsidir. İnşallah, bayrağımızı hər zaman ən yüksək zirvələrdə dalğalandırmağa davam edəcəyəm.
Bu medal mənim üçün xüsusi önəm daşıyır. Çünki analıq məzuniyyətindən sonra yarışlara qayıtmışdım. Bu uğur mənim özümə olan inamımı daha da artırdı. İnanıram ki, növbəti yarışlarda da uğurlu çıxışlarımı davam etdirəcəyəm".