Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Karate Federasiyasının birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş karate üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında Naxçıvan Muxtar Respublika birinciliyi və çempionatı keçirilib.
Apasport.az xəbər verir ki, Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində yarışın rəsmi açılış mərasimi baş tutub.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca Dövlət Himni səsləndirilib.
Rəsmi çıxışlardan sonra yarışa start verilib.
İdmançılar karatenin kumite növündə bacarıqlarını nümayiş etdiriblər.
6 yaş kateqoriyasında 27 çəki dərəcəsi üzrə 100-dən çox iştirakçı medallar uğrunda mübarizə aparıb.
İlk üç yerin sahibləri diplom, medal və hədiyyələrlə təltif olunub.
- Dünya çempionatında 10 azərbaycanlı çıxış edəcək
- Azərbaycanlı karateçi dünya çempionatında çıxış edəcək - FOTO
- Bakıda karate üzrə "Grand Prix" beynəlxalq turnirinin rəsmi açılış mərasimi keçirilib
- Bakıda “Grand Prix” beynəlxalq karate turniri keçiriləcək
- Azərbaycan karateçisi beynəlxalq turnirdə çempion olub