Karateçilərimiz dünya çempionatında iştirak edir
12.12.2025 - 20:35
Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində Dünya Kyokuşin Federasiyasının təşkilatçılığı ilə keçirilən V Dünya Kyokuşin Karate Çempionatına start verilib.
Apasport.az xəbər verir ki, Azərbaycan millisi bu yarışda 16 idmançı, 2 hakim, 1 baş məşqçi və 1 ölkə nümayəndəsi olmaqla ümumilikdə 20 nəfərlik heyətlə təmsil olunur.
Yığma komandaya Azərbaycan Karate Federasiyasının baş katibi Qabil Sayadov və KWF-in nümayəndəsi Rza Mustafayev rəhbərlik edir
0
0