
16–18 may 2025-ci il tarixlərində Gürcüstan Respublikasının Qori şəhərində karate üzrə beynəlxalq turnir keçirilib.
Apasport.az xəbər verir ki, turnirdə “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) yığma komandası 20 nəfərlik heyətlə ölkəmizi təmsil edib.
Yarışda Gürcüstan, Azərbaycan və Ermənistan da daxil olmaqla 400-dən çox idmançı öz gücünü sınayıb.
Mərkəzin yığma komandasının üzvləri turniri 5 qızıl, 3 gümüş və 6 bürünc medal qazanmaqla başa vurublar və ümumi medal sıralamasında II yerə layiq görülüblər.
Qeyd edək ki, turnirdə ölkəmizi beynəlxalq dərəcəli hakim Vüqar Kərimov hakim qismində, Seymur Xudaverdiyev isə məşqçi kimi təmsil edib. Komanda yarışa “Təhsil” RİM-in karate bölməsinin baş məşqçisi Əbülfət Qarayevin rəhbərliyi ilə qatılıb.
- Karateçilərimiz Polşaya yollanıb
- Millimiz Gürcüstan yığması ilə birgə təlim-məşq toplanışında iştirak edir
- Karateçilərimiz Qran-Pri turnirində medal sıralamasında birinci yeri tutub
- Azərbaycan Karate Federasiyası və AHİTA arasında görüş keçirilib
- Azərbaycan Karate Federasiyası WKF-yə rəsmi üzv qəbul edilib