Karateçimiz Tbilisidə keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıb
11.01.2026 - 00:28
Karateçimiz Tbilisidə keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıb

Dünya Karate Federasiyasının (WKF) Tbilisidə idman karatesi üzrə təşkil etdiyi “Karate 1 Series A” beynəlxalq turniri baş tutub.

Apasport.az xəbər verir ki, Azərbaycanı bu yarışda milli komandamızın üzvü Mədinə Sadıqova təmsil edib.

Qadınlar arasında 55 kq çəki dərəcəsində mübarizə aparan idmançımız turnir ərzində bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Həlledici görüşdə iranlı rəqibi ilə qarşılaşan Sadıqova mübarizəni ikinci pillədə başa vuraraq gümüş medal qazanıb.

Qeyd edək ki, turnirdə dünyanın 70-dən çox ölkəsindən 1200-ə yaxın karateçi iştirak edib.