Karateçimiz Xorvatiyada qızıl medal qazandı
29.06.2024 - 14:17
Azərbaycan karateçisi Rahib Əzim (+76 kq) Xorvatiyanın Poreç şəhərində keçirilən Karate 1 Liqa yarışında qızıl medal qazanıb.
Apasport.az xəbər verir ki, təmsilçimiz 21 yaşadək idmançıların mübarizəsində fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.
Qeyd edək ki, komandamıza bu yarışda Azərbaycan Karatate Federasiyasının baş katibi Qabil Sayadov və gənclərdən ibarət yığma komandamızın baş məşqçisi Anar Allahverdiyev rəhbərlik edir.
- Azərbaycan Karate Federasiyası “Apasport”u mükafatlandırıb
- Karateçimiz Tbilisidə keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıb
- "Birlik" klubunun parakarateçiləri Azərbaycan çempionu olublar
- Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar
- Karateçilərimiz dünya çempionatında iştirak edir
0
0