A Seriyası: “Fiorentina” səfərdən xalsız qayıdır
12.05.2025 - 22:27
A Seriyası: “Fiorentina” səfərdən xalsız qayıdır

İtaliya A Seriyasında XXXVI turun görüşləri davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında "Fiorentina" səfərdə "Venezia" ilə qarşılaşıb.

Gərgin keçən oyunda qapılara 3 qol vurulub. Qonaqlar səfərdən gözlənilməz şəkildə xalsız qayıdıblar - 1:2.

İtaliya A Seriyası
XXXVI tur

20:30. “Venezia” - “Fiorentina” - 2:1