A Seriyası: Lider 3 xalı 3 qolla qazanıb - VİDEO
13.04.2025 - 00:38
A Seriyası: Lider 3 xalı 3 qolla qazanıb - VİDEO

İtaliya A Seriyasında XXXII turun görüşləri davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında "İnter" öz meydanında "Kalyari" ilə üz-üzə gəlib.

Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun digər matçında "Yuventus" "Leççe"ni 2:1 hesabı ilə məğlub etməyi bacarıb.

İtaliya A Seriyası
XXXII tur

17:00. "Venezia" - "Monza" - 1:0
20:00. "İnter" - "Kalyari" - 3:1
22:45. "Yuventus" - "Leççe" - 2:1