“Arsenal” “Siti”ni top atəşinə tutdu
02.02.2025 - 22:20
İngiltərə Premyer Liqasında XXIV turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, turun mərkəzi qarşılaşmalarından biri Londonda baş tutub.
“Arsenal” doğma meydanda “Mançester Siti”ni qonaq edib.
Pep Qvardiolanın yetirmələri London təmsilçisi ilə bacara bilməyib.
Topçular rəqibini 5:1 hesabı ilə məğlub etməyi bacarıb.
İngiltərə Premyer Liqası
XXIV tur
20:30. “Arsenal” – “Mançester Siti” – 5:1
0
0