“Barsa”dan inamlı qələbə
10.11.2025 - 02:10
“Barsa”dan inamlı qələbə

İspaniya La Liqasında XII tura yekun vurulub.

Apasport.az xəbər verir ki, günün son matçında "Barselona" səfərdə "Selta" ilə üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmada azarkeşlər 6 qola şahidlik ediblər.

Oyun kataloniyalıların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

"Barsa"nın heyətində Frenki de Yonq 90-cı dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılıb.