“Bayer” xal itirdi - “Bavariya” çempion
04.05.2025 - 21:52
“Bayer” xal itirdi -  “Bavariya” çempion

Almaniya Bundesliqasında XXXII turun görüşləri davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında autsayder "Holşteyn Kiel" səfərdə "Auqsburq"la qarşılaşıb.

Qonaqlar rəqibini 3:1 hesabı ilə məğlub etməyi bacarıb.

Turun digər matçında son çempion "Bayer" səfərdə "Frayburq"la bacarmayıb. Gərhin keçən qarşılaşmada qapılara 4 qol vurulub. Oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb. 

Bu nəticə ilə lider "Bavariya" sona 2 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Almaniya Bundesliqası
XXXII tur

17:30. “Auqsburq” - “Holşteyn Kiel” - 1:3
19:30. “Frayburq” - “Bayer” - 2:2