“Benfika” - “Portu” matçında qalib müəyyənləşmədi
09.03.2026 - 01:17
“Benfika” - “Portu” matçında qalib müəyyənləşmədi

Futbol üzrə Portuqaliya çempionatında XXV turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, lider "Portu" səfərdə Joze Mourinyonun rəhbərlik etdiyi "Benfika" ilə üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmada qalib müəyyənləşməyib. Oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, turnir cədvəlinə 66 xalla "Portu" başçılıq edir. Aktivində 59 xalı olan "Benfika" isə 3-cü sırada qərarlaşıb.