“Bolonya”dan evdə vacib 3 xal
02.03.2025 - 19:57

İtaliya A Seriyasında XXVII turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, "Empoli" səfərdə "Cenoa" ilə üz-üzə gəlib.
Oyunda qalib müəyyənləşməyib - 1:1.
Turun digər matçında "Bolonya" öz meydanında "Kalyari"ni 2:1 hesabı ilə üstələməyi bacarıb.
Bu qələbə ilə xallarının sayını 47-yə çatdıran ev sahibləri "Fiorentina"nı keçərək, 6-cı pilləyə qalxıblar.
İtaliya A Seriyası
XXVII tur
18:00. “Cenoa” - “Empoli” - 1:1
18:00. “Bolonya” - “Kalyari” - 2:1
0
0