"Borussiya"dan səfər qələbəsi
08.03.2026 - 01:43
"Borussiya"dan səfər qələbəsi

Almaniya Bundesliqasında XXV tur davam edir.

Apasport.az xəbər verir ki, növbəti oyun günündə “Borussiya Dortmund” meydana çıxıb.

Komanda "Köln"ün qonağı olub. Matçda 3 qol vurulub. Qonaqlar 2:1 hesablı qələbəyə sevinib.

"Mayns" "Ştutqart" görüşündə qapılara 4 qol vurub. Tərəflər hərəyə 2 dəfə fərqləniblər - 2:2.

Bundesliqa
XXV tur

"Köln" - "Borussiya Dortmund" - 1:2
“RB Leypsiq” – “Auqsburq” – 2:1
“Volfsburq” – “Hamburq” – 1:2
“Haydenhaym” – Hoffenhaym” – 2:4
“Mayns” – “Ştutqart” – 2:2