Bundesliqa: XI tura yekun vurulub
24.11.2025 - 00:10
Almaniya Bundesliqasında XI tura yekun vurulub.
Apasport.az xəbər verir ki, son gün 2 qarşılaşma baş tutub.
“Leypsiq” evdə “Verder”ə 2 cavabsız qolla qalib gəlib - 2:0.
“Sankt Pauli” isə “Union Berlin”ə uduzub - 1:0.
Qeyd edək ki, hazırda “Bayern” 31 xalla turnir cədvəlinə başçılıq edir. “Leypsiq” 25 xalla ikinci, “Bayer” 23 xalla üçüncü yerdə qərarlaşıb. “Borussiya” (Dortmund) və “Ştutqart” isə hər biri 22 xal toplayaraq ardıcıl pillələri bölüşür.
Almaniya Bundesliqası
XI tur
18:30. "Leypsiq" – "Verder" 2:0
20:30. "Sankt Pauli" – "Yunion" 0:1
0
0