Tarixində ilk dəfə Türkiyə Super Liqasına vəsiqə qazanmış "Eyüpspor" bu gün yeni mövsümün 2-ci matçına çıxıb.
Apasport.az xəbər verir ki, Arda Turanın rəhbərlik etdiyi komanda evdə "Bodrum"u qəbul edib.
Meydan sahibləri Türkiyə Super Liqasında ilk 3 xallarını böyük hesablı qələbə ilə qazanıblar.
Yarım saatın tamamında "Bodrum"un futbolçusu Zdravko Dimitrovun vurduğu qola meydan sahiblərinin heyətində Gianni Bruno, Mame Tiam, Samu Saiz və Halil Akbunar cavab veriblər - 4:1.
Qeyd edək ki, Super Liqanın ilk turuna "Hatayspor" - "Kasımpaşa" görüşü ilə yekun vurulub. Matş 1:1 hesabı ilə bitib.