"Fənərbaxça"nın 1/4 finaldakı potensial rəqibləri MÜƏYYƏNLƏŞDİ
21.02.2025 - 16:31

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, tədbirdə "Fənərbaxça"nın da rəqibi müəyyənləşib.
Türkiyə klubu "Reyncers"ə rəqib olub.
İstanbul təmsilçisi bu mərhələni geridə qoymağı bacararsa, 1/4 finala yüksələcək. Artıq "sarı-lacivərdlilər"in burdakı potensial rəqibləri də bəlli olub.
Komanda 1/4 finalda "Roma" - "Atletik" cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları 6-13 martda keçiriləcək.
0
0