”Fənərbaxça”nın matçı gecikir - İŞIQ SƏBƏBİNDƏN
04.03.2026 - 22:18
Türkiyə Kubokunda IV tur davam edir.
Apasport.az xəbər verir ki, bu gün "Qaziantep" "Fənərbaxça"nı sınağa çəkir.
Startı 21:30-a planlaşdırılan matç hələ start götürməyib. Buna səbəb stadionda işıq probleminin olmasıdır.
Arenada verilən anonsda oyunun problemin həll olduğu zaman başlanacağı bildirilib.
0
0