Kenan Yıldız ulduzlaşdı - “Yuventus” üç xala sevindi
25.08.2025 - 01:44
Kenan Yıldız ulduzlaşdı - “Yuventus” üç xala sevindi

İtaliya А Seriyasında I turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında "Komo" evdə "Latsio" ilə üz-üzə gəlib.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun digər qarşılaşmasında "Yuventus" "Parma" ilə üz-üzə gəlib. Türkiyə millisinin üzvü Kenan Yıldızın 2 assistlə yadda qaldığı matçda "qoca sinyora" rəqibini iki cavabsız qolla məğlub etməyi bacarıb - 2:0.

İtaliya A Seriyası
I tur
20:30. Komo - Latsio 2:0
20:30. Kalyari - Fiorentina 1:1
22:45. Atalanta - Piza 1:1
22:45. Yuventus - Parma 2:0