La Liqa: “Atletiko” turu xalsız başa vurdu
15.05.2025 - 22:58
La Liqa: “Atletiko” turu xalsız başa vurdu

İspaniya La Liqasında XXXVI turun görüşləri davam edir.

Apasport.az xəbər verir ki, eyn saatda 2 qarşılaşma baş tutub.

"Atletiko Madrid" səfərdə "Osasuna" ilə üz-üzə gəlib.

Oyunun favoriti olan qonaqlar gözlənilməz şəkildə meydanı məğlub tərk ediblər. Matç ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Betis" isə "Rayo Valyekano" ilə 2:2 hesablı heç-heçəyə razı olub.

İspaniya La Liqası
XXXVI tur

21:00. “Osasuna” - “Atletiko Madrid” - 2:0
21:00. “Rayo Valyekano” - “Betis” - 2:2