La Liqa: “Atletiko”dan minimalhesablı qələbə
23.11.2025 - 23:25
La Liqa: “Atletiko”dan minimalhesablı qələbə

İspaniya La Liqasında XIII turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında autsayder "Real Ovyedo" öz meydanında "Rayo Valyekano"nu qəbul edib.

Gərgin keçən qarşılaşmada qol səsi çıxmayıb. Görüş 0:0 hesablı heç-heçə ilə başa çatıb.

"Atletiko Madrid" isə səfərdə "Xetafe"ni minimal hesabla məğlub etməyi bacarıb - 1:0.

İspaniya La Liqası
XIII tur
17:00. "Real Ovyedo" - "Rayo Valyekano" - 0:0
19:15. "Real Betis" - "Jirona" - 1:1
21:30. "Xetafe" - "Atletiko Madrid" - 0:1