La Liqa: “Barsa” mövsümdə ilk məğlubiyyətini aldı
05.10.2025 - 20:22
La Liqa: “Barsa” mövsümdə ilk məğlubiyyətini aldı

İspaniya La Liqasında VIII turun görüşləri davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında "Alaves" öz meydanında "Elçe"ni qəbul edib.

4 qolun vurulduğu matçda sevinən tərəf ev sahibləri olub - 3:1.

"Barselona" isə səfərdə "Sevilya" ilə üz-üzə gəlib. Kataloniyalılar mövsümdə ilk məğlubiyyətini alıb. Ev sahibləri rəqibini 4:1 hesabı ilə darmadağın edib.