La Liqa: “Barsa”dan kritik xal itkisi
17.02.2026 - 01:59
İspaniya La Liqasında XXIV tura yekun vurulub.
Apasport.az xəbər verir ki, son oyun günündə bir matç keçirilib.
“Barselona” səfərdə “Jirona” ilə üz-üzə gəlib. Kataloniyalılar çempionluq yarışında kritik xal itkisi ilə üzləşiblər. Gərgin keçən qarşılaşmada ev sahibləri rəqibini 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, turnir cədvəlinə 60 xalla “Real Madrid” başçılıq edir. Aktivində 58 xal olan “Barselona” isə ikinci yerdə qərarlaşıb.
0
0