La Liqa: “Vilyareal”dan qələbə, “Betis” səfərdə məğlub oldu
09.03.2026 - 02:05
İspaniya La Liqasında XXVII turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, günün ilk matçında “Vilyarreal” öz meydanında “Elçe”ni qəbul edib.
Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Turun digər qarşılaşmasında “Real Betis” səfərdə “Xetafe” ilə üz-üzə gəlib. Qonaqlar rəqibinə 0:2 hesabı ilə məğlub olub.
“Valensiya” isə öz meydanında “Alaves”ə 3:2 hesabı ilə qalib gəlməyi bacarıb.
0
0