“Liverpul” “Qarabağ”ın rəqibini darmadağın etdi
01.02.2026 - 01:57
İngiltərə Premyer Liqasında XXIV turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, günün son matçında "Liverpul" öz meydanında "Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Nyukasl"ı sınağa çəkib.
5 qolun vurulduğu görüşdə sevinən tərəf ev sahibləri olub. Oyun Mersisayd klubunun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Qarabağ"ın "Nyukasl"a qarşı ilk görüşü fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cavab matçı isə fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
0
0