“Liverpul”dan növbəti xal itkisi
06.12.2025 - 23:51
“Liverpul”dan növbəti xal itkisi

İngiltərə Premyer Liqasında XV turun görüşləri davam edir.

Apasport.az xəbər verir ki, günün son matçında “Lids” öz meydanında “Liverpul”u qəbul edib.

Arne Slotun rəhbərlik etdiyi komanda bu dəfə də azarkeşlərini sevindirə bilməyib.

Gərgin keçən qarşılaşmada qapılara ümumilikdə 6 qol vurulub. Oyunda qalib müəyyənləşməyib və matç 3:3 hesablı heç-heçə ilə başa çatıb.