Mahir oynadı, komandası qələbə qazandı
10.08.2025 - 09:23
Mahir oynadı, komandası qələbə qazandı

Azərbaycan millisinin hücumçusu Mahir Emreli "Kayzerslautern"in heyətində Almaniya II Bundesliqasında ilk qələbəsini qazanıb.

Apasport.az xəbər verir ki, onun komandası II turda "Şalke"ni məğlub edib.

Qarşılaşmanın taleyini 1 qol həll edib. "Kayzerslautern" fasilədən sonra penalti zərbəsində fərqlənib. Start heyətində yer alan Mahir 72-ci dəqiqədə əvəzlənib. O, bundan 20 dəqiqə əvvəl sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, ilk turda eyni hesabda uduzan Emrelinin komandası 2 turdan sona 3 xalla 11-cidir. "Qırmızı iblislər" növbəti turda "Elversberq"in qonağı olacaqlar.