“Mançester Yunayted” son dəqiqələrdə sevindi
17.08.2024 - 00:55
Bu gün İngiltərə Premyer Liqasının yeni mövsümünün açılış matçı baş tutub.
Apasport.az xəbər verir ki, "Mançester Yunayted" "Fulhem"i qəbul edib.
"Qırmızı şeytanlar" rəqibin müqavimətini görüşün 87-ci dəqiqəsində qırmağı bacarıb. 61-ci dəqiqədə Meyson Mountu əvəzləyən yeni transfer Coşua Zirkzee fərqlənməklə komandasına 3 xal qazandırıb.
Qeyd edək ki, Premyer Liqanın ilk turuna avqustun 18-i yekun vurulacaq.
0
0