
MLS-də müntəzəm mövsüm davam edir.
Apasport.az xəbər verir ki, Lionel Messili "İnter Mayami" növbəti matçını keçirib.
Komanda "Minnesota Yunayted"in qonağı olub.
Görüşdə hesabı meydan sahibləri açıb. Bonqokule Xlonqvan fərqlənib. Çox keçmədən Antoni Markaniç adını tabloya yazdırıb.
İkinci hissədə Lionel Messi komandasını ümidləndirən qolun müəllifi olub. Lakin Minnesota təmsilçisi öncə Marselo Veqandt, ardınca Robin Lodun fərqlənməsi ilə böyükhesablı qələbəyə sevinib - 4:1.
Qeyd edək ki, "Minnesota Yunayted" 22 xalla Qərb Konfransında 2-ci pillədə qərarlaşıb. "İnter Mayami" isə 21 xalla Şərq Konfransında 4-cü yerin sahibidir.