“Milan”dan əzmkar qələbə
08.03.2025 - 23:30

İtaliya A Seriyasında XXVIII tur davam edir.
Apasport.az xəbər verir ki, "Milan" səfərdə "Leççe" ilə üz-üzə gəlib.
Gərgin keçən qarşılaşmada qapılara 5 qol vurulub. Görüş qonaqların 3:2 hesablı əzmkar qələbəsi ilə başa çatıb.
Bu qalibiyyət nəticəsində "Milan" liqadakı 3 matçlıq məğlubiyyət seriyasına son qoyub.
İtaliya A Seriyası
XXVIII tur
21:00. “Leççe” - “Milan” - 2:3
0
0