Millimizin üzvü oynadı, komandası bir xal qazandı
16.08.2025 - 23:25
Millimizin üzvü oynadı, komandası bir xal qazandı

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Motor" növbəti matçına çıxıb.

Apasport.az xəbər verir ki, onun komandası Polşa çempionatının V turunda "Pyast"la qarşılaşıb.

Lublin təmsilçisi öz meydanında rəqibi ilə bacarmayıb. Görüş 0:0 hesabı ilə yekunlaşıb.

Oyuna ehtiyatda başlayan Renat 63-cü dəqiqədə meydana daxil olub. 

Qeyd edək ki, "Motor" keçirdiyi 4 oyundan sonra 5 xal toplayıb. Komandanın növbəti turda rəqibi "Korona" olacaq.