Millimizin üzvü oynadı, komandası qələbə qazandı
25.08.2025 - 00:52
Millimizin üzvü oynadı, komandası qələbə qazandı

Azərbaycan millisinin üzvü Vüsal İsgəndərlinin çıxış etdiyi “Partizani” Albaniya Superliqasında mövsümün ilk matçına çıxıb.

Apasport.az xəbər verir ki, komanda doğma meydanda “Voru”nu qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 1:0.

Qeyd edək ki, İsgəndərli bütün oyunu meydanda keçirib və 47-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.