"Napolİ" taxtını "İnter"ə verdi
23.02.2025 - 19:52
"Napolİ" taxtını "İnter"ə verdi

İtaliya A Seriyasında XXVI turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, bu gün lider rəsmən dəyişib.

"Napoli" səfərdə "Komo" ilə bacarmayıb - 1:2. Bununla da, komanda "İnter"dən 1 xal geri qalıb.

Dünən qələbə qazanan milanlılar 57 xalla turnir cədvəlinə başçılıq edir.

İtaliya A Seriyası
XXVI tur
23 fevral

15:30 "Komo" – "Napoli" 2:1